EN | RU

Kart sifariş ver PARTNYOR OL ŞƏXSİ KABİNET SİZƏ ZƏNG EDƏK?

VAKANSİYA BÖLMƏSİ

Karyera qurmağı ən yaxşı yolu karyerasının qayğısına qalan insanlar üçün çalışmaqdır. (Marion Kellogg)

Davamlı inkişaf istənilən təşkilat üçün xususi önəmə malikdir.Bu səbəbdən də şirkətimiz mütərəqqi karyera atmosferi yaratmağa və karyera qurmağ düşüncəsində olanlara dəstək olmağa maraqlıdır. Karyera - insanın həyatı boyunca işgüzar təcrübə və fəaliyyətlə bağlı fərdi düşünülmüş mövqe və davranışdır. Bİz öz komandamızı gənc, enerjili, yaradıcı və istedadlı insanlar üzərində qurmağa üstünlük veririk. Çünki istənilən sahədə savadlılıq dərəcəsindən də önəmli seçilmiş şəxsin hər hansı mövqedə düzgün seçimi və ən əsası həmin işçinin istedadından və yaradıcılıq qabiliyyətindən çox asılıdır. Biz öz komandamzı sağlam təməllər üzərində: öz üzərində işləməyi sevən, sadiqlik, dürüstlük, şəəffaflıq, yaradıcılıq üzərində qurmağa üstünlük veririk. Bu dəyərlər göstərdiyimiz xidmətlərdən bir-birimizlə qarşılıqlı əlaqələrimizə kimi gördüyümüz hər bir işdə öz əksini tapır.Bizim uğurumuz komandamızın uğuru, komandamızın uğuru bizim uğurumuzdur. Sağlam atmosferi olan istənilən komanda əlçatmaz görünən hədəfləri vurmağa qadirdir. İnsan uğur əldə etmək üçün sevdiyi işlə məşğul olmalıdır, əks halda əldə etdikləri bacara bildiyindən az olacaqdır. Buna görə də biz nə istədyini bilən, işini sevən, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Özgüvən duyğusu yüksək olan insanlara tərəfimizən gərəkli dəstəyi verərək başarıya gedən yolda bizimlə addımlamasına dəstək olacağıq.

Komandamıza qoşulmaq istəyirsinizsə, mövcud vakansiyalarımızla tanış olun və tərcümeyi-halınızı hr@okart.az elektron poçtuna göndərin. Sizin CV bizim elektron ünvanımıza çatdıqda, siz avtomatik təsdiq məktubunu alacaqsınız.Təstiq məktubu almadığınız təqdirdə elektron ünvanımızı bir daha dəqiqləşdirin və yenidən göndərin. Sizin CV-niz bizim tələblərə uyğun gələrsə, o zaman sizinlə telefon vasitəsi ilə əlaqə saxlanılacaq.